Məlum olduğu kimi, “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır. Layihənin hazırlanması üzrə işçi qrupu yaradılıb. Sentyabrın 15-nə kimi onun ilkin variantının hazırlanıb, parlamentin Elm və təhsil komitənin müzakirəsinə təqdim ediləcəyi gözlənilir.

Layihə Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planına daxil edilə həm də plenar iclasa tövsiyə oluna bilər.

Mövzu ilə bağlı təhsil eksperti Şahlar Əsgərov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda ali təhsil sahəsində problemlər çoxdur və başlıca məsələlərin layihədə öz həllini tapması vacibdir:

“Dünyada təqribən 20 000 universitet var ki, onlardan 2000-ni qabaqcıl universitetlərdir. Demək olar ki, bütün universitetlərlə bağlı qanunlar eynidir. Qabaqcıl universitetlərin qanunlarını tətbiq etsələr, kifayyət edər. Universitetlərə müstəqillik verilməlidir, əməkhaqqı, müəllim-tələbə münasibətləri qanun layihəsində öz həllini tapmalıdır. 

Ekspert hesab edir ki, “Ali təhsil haqqında” qanunda qəbul imtahanları ilə bağlı məsələlər də yer ala bilər: 

“Bütün dünyada universitetlər giriş qapılarını geniş açır. Yəni universitetlər orta məktəbi bitirib, əlində attestat olan şəxsləri qəbul etməlidir. Amma çıxış qapısını daraldıb, diplomu nadir şəxslərə – proqramı mənimsəyənlərə verməlidir. Bizdə tələbə biletinin olması hər şeydən üstün tutulur, diplomun heç bir əhəmiyyəti yoxdur. Bu natarazlıq da bərpa olunsa yaxşıdır. Millət üçün tələbə bileti dəyər deyil, universitet diplomu dəyər olmalıdır. Biz uzun müddətdir ki, dəyərsizi  dəyərlidən üstün tuturuq. Bu böyük qüsurdur”.

Bənzər yazılar