Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsi tərəfindən 109 adda kitab hədiyyə olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, kitablar Azərbaycan klassiklərinin, görkəmli elm və mədəniyyət xadimlərinin əsərlərindən və eləcə də onlara həsr edilmiş nəşrlərdən, monoqrafiyalardan ibarətdir.

Oxucuların ixtiyarına verilən kitablar nəfis tərtibata malikdir.

Bənzər yazılar