Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi davam edir.

Proqram çərçivəsində ABŞ-ın Texas A&M Universitetinin professoru Steven Hauge məktəb iştirakçılarına “Amerika Birləşmiş Ştatlarında müasir innovasiyalar: əhəmiyyəti və nəticələr” adlı mühazirə deyib. Steven Hauge iştirakçılara ABŞ-da kənd təsərrüfatının inkişaf mərhələləri, innovasiyaların tətbiqi, pambıq istehsalında mütərəqqi texnologiyalar, həyata keçirilən tədbirlərin iqtisadi, sosial və ekoloji səmərəliliyi barədə danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Bənzər yazılar