SEYİD ƏZİM ŞİRVANİ (1835- 1888) şair, maarifçi, publicist. Şamaxıda ruhani ailəsində anadan olub. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim Şamaxıda mədrəsədə orta ruhani təhsili alıb.

1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. 1869 –cu ildə vətənə dönən Seyid Əzim şəxsi məktəbini açır. Məktəbdə Azərbaycan dilini rus. Fars dillərində dərs verir, şagirdlərə hesabı, tarixi, coğrafiyanı öyrədir. 1874-cü ildə Şamaxıda yeni metodla, ana dilində təlim verən ibtidai məktəb açır. Bu məktəb, təhsil tariximizdə ilk anadilli özəl məktəb idi.

Mollaxanalardan fərqli olaraq təhsil verən məktəb ruhanilərin səyi və maddi çatışmazlıq ucbatından 1887 – ci ildə öz fəaliyyətini dayandırır.1877 – ci ildə üçüncü dəfə məktəb açan S,Ə.Şirvanı ömrünün sonuna kimi həmin məktəbdə çalışır. O bir çox dərsliklərin müəllifidir. 1878 –ci ildə hazırladığı dərslikdə şifahi xalq ədəbiyyatından, Nizaminin, Füzulinin əsərlərindən və rus ədəbiyyatından tərcümələr verir. Amma bu dərsliyin nəşrinə çar üsuli-idarəsindən icazə ala bilmir.. Onun ikinci kitabı “Bahar uşaqları” adlanırdı. 1875 –ci ildə Bakıda çıxan “Əkinçi” qəzeti şairin şeirlərinin və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamışdı. Maarifçi şair üçün “Əkinçi” bir xitabət kürsüsü idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. Şair “Əkinçi”də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,

Nasehi xoşməqalımızdır bizim.

Səy edək, ey guruhi-niksifat,

Etməsin ta bizim “Əkinçi” vəfat.

Çağdaş dövrümüzdə bizlərin cəlalı, xoşməqalı hansı qəzet, jurnal və ya saytlardır?

Bənzər yazılar