“Azərbaycanda qadın müəllimlərin sayı üstünlük təşkil edir. Qısa müddətdə orta məktəblərdə qadın-kişi müəllimlərinin nisbətinin tarazlaşacağını gözləmək isə düzgün olmaz”.

Mektebgushesi.az xəbər verir ki, bunu ONA-ya Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, artıq müəllim işləmək üçün müraciət edən kişilərin sayında da artım müşahidə olunur: “Ötən illərlə müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım var. Biz bunu böyük məmnunluq hissi ilə qeyd edirik, çünki bütün sahələrdə olduğu kimi, təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir”.

Bənzər yazılar