Mektebgushesi

Mələk Çakmak ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub. Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji […]

Bakı Ali Neft Məktəbində İngiltərə və Şotlandiya futbol komandaları xeyriyyə oyunu keçirib

Bakı Ali Neft Məktəbinin stadionunda Bakıda fəaliyyət göstərən transmilli neft şirkətlərinin əməkdaşlarından ibarət İngiltərə və Şotlandiya komandaları arasında xeyriyyə futbol oyunu keçirilib. BANM-dan Mektebgushesi.az-a verilən məlumata görə, İngiltərə və Şotlandiya komandaları arasında 13-cüsü keçirilən bu oyundan əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədi ilə istifadə olunacaq.Gərgin mübarizə şəraitində keçən oyunda İngiltərə komandası 2:1 hesabı ilə qalib […]

İxtisas qrupları üzrə ayrılmış plan yerləri məlum olub

2019/2020 –cı tədris ilində ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qruplarına görə ayrılan plan yerlərinin sayı açıqlanıb. I ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 14031 yer; rus bölməsi üzrə: 1000 yer; ümumilikdə 15031 yer ayrılıb. II ixtisas qrupu, Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə: 13241 yer; rus […]

Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün yay məktəbi təşkil edilib. ADU-dan Mektebgushesi.az-a verilən məlumata görə, bu ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış […]

Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb. Mektebgushesi.az Modern.az-a istinadən xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A. Laçınov RPŞ-yə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının […]

Təhsil naziri təmayül sinifləri üzrə tədris planını təsdiqlədi -CƏDVƏL

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” (1–15 nömrəli əlavələr) təsdiq […]

Pedaqoji mühazirələrin nəticələri bəlli olub

Respublika pedaqoji mühazirələri başa çatıb. BŞTİ-dən Mektebgushesi.az-a verilən məlumata görə, pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübəsini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib. Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, psixoloqlar I, […]

UNEC Canlı yayımda 2018/2019-cu tədris ili üzrə nəticələrini açıqlayacaq

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin 2018/2019-cu tədris ili üzrə nəticələri açıqlanacaq-Canlı yayımda UNEC-də tətbiq edilən Differensial Əmək Haqqı Sisteminin əsasını təşkil edən Professor-müəllim Heyətinin Xidməti Fəaliyyətinin Qiymətləndirilməsinin 2018/2019-cu tədris ili üzrə nəticələri yekunlaşıb. 17 iyul 2019-cu il saat 15:00-da qeyd edilən nəticələr UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımla ictimaiyyətə təqdim ediləcək. Ötən tədris ilində Differensial Əmək […]