“AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktoru iştirak edib. Onların arasından namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

Mektebgushesi.az xəbər verir ki, Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə bu gün keçirilən seçkinin nəticələrinə əsasən aşağıda qeyd olunan alimlər “AMEA-nın professoru” adına layiq görülüblər.

Soyadı, adı, atasının adıİxtisas
1Əliyev  Rəşid  Əvəzağa  oğluRiyaziyyat
2Hacıbəyov  Mübariz  Qafarşah  oğluRiyaziyyat
3Rzayev  Rövnəq  Mirzə  oğluFizika
4Məmmədov İbrahim Qərib oğluÜzvi kimya
5Rəhimov Rəvan Abdullətif oğluNeft  kimyası
6Babayev Qulam Rüstəm oğluGeofizika
7Baxşəliyeva Könül Fərrux qızıMikrobiologiya
8Yusif-zadə Kənan Rafael oğluCərrahlıq
9Şərifova Salidə Şəmməd qızıƏdəbiyyatşünaslıq
10Əliyeva Sevinc Novruz qızıDilçilik
11Orucova  Səhər  Hidayət qızıFolklorşünaslıq
12Paşayeva  Qənirə  Ələsgər qızıSiyasi elmlər
13Qənbərov  Fuad  Əlinağı oğluİqtisadiyyat

Bənzər yazılar