Paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarına qeydiyyat bu il də elektron qaydada aparılacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov söyləyib. O bildirib ki, uşaqların məktəbəhazırlıq qruplarına qeydiyyatı ilə bağlı hər hansı məktəbə yaxınlaşmağa ehtiyac yoxdur. Prosesə start verildikdən sonra valideynlər övladlarını elektron sistem – mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirəcəklər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bənzər yazılar