Mektebgushesi

Gələn il AMEA-nın 75 ilik yubileyi qeyd ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “AMEA-nın 75 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” müzakirə edilib. Bildirilib ki, 2020-ci il martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq. Akademiyanın 75 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə yubileylə bağlı Tədbirlər planının hazırlanması üçün Rəyasət Heyətinə təkliflər verilib və geniş müzakirə olunaraq planı tərtib edilib. […]

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən 14 mindən çox subbakalavr qeydiyyatdan keçdi

“Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 14612 subbakalavr qeydiyyatdan keçib”. Bunu APA -ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, subbakalavrların elektron ərizələrinin qəbulu bu gün başa çatıb.Qeyd edək ki, elektron ərizə qəbulu 2019-cu il iyunun 13-dən başlayıb. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi […]

Təhsil Nazirliyi tərəfindən pulsuz məktəbli formaları veriləcək

10 min kasıba, internat uşaqlarına pulsuz məktəbli formaları veriləcək Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib. Məqsəd aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaqdır. Bu barədə məlumatı Sputnik Azərbaycan-a “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.E.Əzimov bildirib ki, Təhsil Nazirliyi aztəminatlı […]

Ayrılığın xəritəsini cızan adam

Elman Eldaroğlu tən ortasından ayrılıq kəməri ilə şimal və cənuba bölümüş Azərbaycanın şimalda bitən, cənubda başlayan, başlanğıcı sayılan Yardımlı rayonundandır. Amma özü azərbaycanın kiçik modeli olan Sumqayıtda dünyaya göz açıb. Kim deyir ki, ayrılığın dili olmur. Ayrılığın dili qəmdi, kədərdi, ağrıdı, acıdı. Əkin–biçin vaxtı əli avtomatlı əsgərlərin ciddi nəzarəti altında sərhəddə tikanlı məftillərdən bir–birinə boylanıb […]

BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində (BDU) olub. Görüşdə bu ali məktəbin rektoru Elçin Babayev universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələri və yaxın gələcək üçün planları haqqında danışıb. Səfir Zoltan Hernyes Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi, […]

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux, həmin universitetin əməkdaşları Rasim Mirzəyev və Kristian Vilhelm ilə görüşüb. Görüşdə rektor Elçin Babayev Bakı Dövlət Universitetinin aparıcı ali təhsil müəssisəsi kimi elmi tədqiqatlara da böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu diqqətə […]

“Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Mektebgushesi.az AZƏRTAC-a istinadən bildirir ki, tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq, ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Akademik bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu bildirib və onların əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb. O, […]

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirlərlə tələbələrin rəğbətini qazanaraq, ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb. Aİİ-dən Mektebgushesi.az-a verilən məlumata görə, […]

Dövlət qulluqçusu olmaq istəyənlər sabah sınaq imtahanı verəcəklər

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. Mektebgushesi.az AZƏRTAC-a istinadən bildirir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə iyulun 19-da keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən […]

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb. Görüşdə M.Babanlı Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə və mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb. Rektor ADNSU-da elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qazanılan nailiyyətlər barədə məlumat verib. […]

“Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir

Zənnimizcə, insanın əsas bədbəxtliklərindən biri özündən həddən artıq razı olması, öz qabiliyyət və bacarığını layiq olduğundan daha çox qiymətləndirməsi, öz “mən”ini cəmiyyətdə tutduğu mövqeyə görə yox, xəstə təxəyyülündə yaratdığı “mən”ə görə başa düşməsidir. Belə adamlara hər hansı bir irad tutduqda dərhal özlərindən çıxır, öz “mən”ini təhqir olunmuş hesab edir, irad tutana səlib yürüşünə başlayır, daha […]

Kamal Abdulla: “ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir”

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik. ˗ Kamal müəllim, artıq yay imtahanları sona çatdı. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar? – İmtahanların nəticəsi müsbət oldu və sessiya zamanı universitetin bütün əməkdaşları – müəllimlərdən başlamış tələbələrə qədər hamı çox ciddi şəkildə bu prosesə yanaşdılar. Üç […]

Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədqiqatlar aparılıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərlə bağlı tədqiqatlar aparılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti elmi seminarda mövzu üzrə əldə olunan elmi-nəzəri nəticələr təqdim olunub. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan araşdırmaların müasir dövrdə aktuallıq kəsb etdiyini bildirib […]