Ümumilikdə 6 dövlət orqanında 51 vakant vəzifənin (A növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu aparılır.

Mektebgushesi.az DİM-in saytına istinadla xəbər verir ki, avqustun 26-sı saat 15:25-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 29 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (19 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-dək davam edəcək.

Bənzər yazılar