Məktəbəhazırlıq qruplarında uşaqların say həddi qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10, şəhərlərdəki təhsil müəssisələri üçün isə ən azı 15 uşaq müəyyənləşdirilir.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30-dan çox olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Bənzər yazılar