Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat zamanı məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz.

Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, valideyn yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər. Uşaq aşağıda qeyd olunan halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər:

-Məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğunsuzluğu aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.

Bənzər yazılar