Mən Azərbaycanı, ADA Universitetini tam təsadüfən, imtahan nəticələrimə uyğun olaraq seçmişdim. Bir həftədir ki, ADA Universitetində tələbə olaraq dərslərə başlamışam. ADA Universitetini seçməklə düzgün qərar verdiyimə əminəm.

Bu fikri AZƏRTAC-a müsahibəsində ADA Universitetinin ukraynalı tələbəsi İvan Kanevski söyləyib. O bildirib ki, universitetdə keçirdiyi qısa zamanda buradakı təhsilin üstünlüklərinin fərqinə varıb.

“ADA Universitetində təhsil beynəlxalq standartlara uyğun təşkil olunub. İnanıram ki, burada seçdiyim ixtisas üzrə mükəmməl təhsil alacağam”, – deyə Ukraynalı tələbə qeyd edib.

Bənzər yazılar