Almaniyanın Berlin şəhərində Azad Berlin Universitetinin İranşünaslıq İnstitutunun təşkilatçılığı ilə 9-cu Avropa iranşünaslıq konfransı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov konfransda “Orta əsr farsdilli ən böyük təzkirə” mövzusunda fars dilində məruzə ilə çıxış edib.

Azərbaycan alimi bu əsərdə 150-yə qədər orta əsr Azərbaycan şairi haqqında məlumatın olduğunu və əsərlərindən nümunələrin təqdim edildiyini bildirib. Ə.Bağırov dünyanın müxtəlif şərqşünaslıq mərkəzlərindən konfransda iştirak edən nüfuzlu alimlərlə söhbətlər aparıb, həmin ölkələrin əlyazma mərkəzləri ilə gələcək əlaqələr haqqında razılığa gəlib.

Ə.Bağırovun məruzəsi nüfuzlu dünya alimləri tərəfindən diqqətlə dinlənilib və maraqla qarşılanıb.

Bənzər yazılar