Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz və qənnadçı-şirniyyatçı ixtisasları üzrə təhsil alan tələbələr üçün “Qida təhlükəsizliyi, tərəvəz və ərzaqların düzgün saxlanılması qaydaları haqqında” təlim təşkil olunub.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tələbələrin peşə biliklərinin artırılması məqsədi daşıyan təlim usta aşpaz, Beynəlxalq Kulinariya Assosiasiyasının vitse-prezidenti, Azərbaycanın fəxri turizm işçisi Anar Qasımov tərəfindən keçirilib.

Bənzər yazılar