Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində tədbir keçirilib.

Mektebgushesi.az xəbər verir ki, “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Yaxşıxanım Fərzullayeva, müəllimlər və şagirdlər iştirak edib.

????????????????????????????????????

Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, yeniyetmə və gənclərin zərərli vərdişlərin və dini radikalizmin təsirlərindən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar