Noyabrın 4-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi şuranın növbəti yığıncağı keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Teymur Kərimli gündəlikdə duran məsələlər haqqında danışıb, “Nəsimi ili” çərçivəsində görülən işlərdən bəhs edib.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfi doktoru, dosent Əzizağa Nəcəfzadə kadr hazırlığı və cari məsələlər haqqında ətraflı məlumat verib. O, institutun doktorant və dissertantlarının elmi fəaliyyətlərinin nəticələrini açıqlayıb.

Yığıncaqda institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun il ərzində görülən elmi tədqiqat işləri barədə hesabat məruzəsi dinlənilib.

AMEA-nın həqiqi üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu çıxışında Əlyazmalar İnstitutunun fəaliyyəti haqqındakı hesabatı yüksək qiymətləndirib.

Bənzər yazılar