Azərbaycan İqtisadçılar İttifaqı İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci qrant müsabiqəsində qalib gəlmiş və 20 may 2019-cu il tarixindən icrasına başlanılan “Ali təhsil müəssisələrində beynəlxalq rəqabətliyin artırılması mövzusunda ictimai müzakirələrin təşkili” adlı layihənin icrasına başlamışdır. Layihənin icrası uğurla aparılmışdır. Layihənin planına uyğun olaraq birinci mərhələdə bu işlərin görülmüşdür.

1. Layihə çərçivəsində ilkin müzakirələrin təşkili üçün təhsil ekspertlərini dəvət etmək;

2. Ali təhsil müəssisələrində beynəlxalq rəqabətliliyin artırılması mövzusunda layihə ekspertləri ilə ilkin müzakirələrin aparılması;

3. Ali təhsildə rəqabətliyin inkişafına dəstək verən təhsilə dair dövlət proqramlarının monitorinqinin aparılması.

Hazırki mərhələdə bir sıra təhsil müəssisələrində ali təhsil müəssisələrində beynəlxalq rəqabətliyin artırılması mövzusunda ictimai müzakirələr aparılmış, layihə icrası yekunlaşmaya doğru gedir. Belə ki, 29 oktyabr 2019-cu il tarixdə Biznes Universitetində, daha sonra Azərbaycan Texniki Universitetində, Kooperasiya Universitetində Layihə çərçivəsində “İnnovativ Univesitetlər” mövzusunda dəyirmi masalar keçirilmişdir. Tədbirdə layihə eksperti, dosent İlham Əhmədovun “İnnovativ Univesitetlər” mövzusunda təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Təqdimatdan sonra mövzu ətrafında müzakirələr olmuşdur. İcrası 6 aya nəzərdə tutulmuş layihə artıq yekunlaşmaq üzrədir.

Bənzər yazılar