1966 cı ildə Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbədə anadan olmuş, 1984 -cü ildə Sabir qəsəbə tam orta məktəbini bitirmiş, Aəzərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşam. Universiteti başa vurandan sonra hal hazırda çalışdığım doğma məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. Şagirdlərimə tədris etdiyim fənni sevdirə bilmişəm. Belə ki, şagirdlərimlə birlikdə bir necə yerli və beynəlxalq müsabiqələrdə iştirak etmişik. Keçirilən müsabiqələrdə bir neçə dəfə qalib olduğum üçün Almaniyadan olan mütəxəsislər keçdiyim açıq dərsi vidioçarxa çəkdiblər və dünyanın bir cox ölkəsində yayımlanan “biodiversity” saytinda yayımlayıblar.

2016 -cı il BAKI EKSPO mərkəzində işlərimiz sərgidə nümayiş olundu ENPİ II FLEQ təşkilatında Meşəni qoruyaq layihəsi üzrə I yer qazandıq. CATEC Su texnologiyası sərgisində də Sabahın Alimləri layihəsi üzrə I yeri, Norveç SPARE layihəsində və Təhsil Nazirliyi Uşaq Gənclər Mərkəzində keçirilən müsabiqədə müvafiq olaraq iştirakşı şagirdlərimlə I-III yerlər qazanmışıq. Ekoloji təmiz məhsul və aqrobiomüxtəflik layihələrində də I – III yerləri qazanmaqla bir neşə beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə də iştirak etmişik. Qalibi olduğumuz layihələr respublika əhəmiyyətli mətbuatlarda işiqlandırılıb.

Bənzər yazılar