Bu gün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində ulu öndər Heydər Əliyevin anım mərasimi baş tutdu.

Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova və Sevda Həsənovanın birgə təşkilatçılıgı ilə keçirilən “Böyük ömrün anları” adlı tədbirdə müəllimlər və tələbələr iştirak etdilər.Tələbələrdən Səma Qasımova, Sevinc Şıxəliyeva müasir Azərbaycanın memarı  ulu öndər Heydər Əliyevin həyatı ,siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Nahidə Elman ümummilli liderə həsr etdiyi şeirlərini səsləndirdi. Müəllimlərdən Qəribalı Babayev, Sevda Həsənova, Aidə Əsədova çıxış edərək Heydər Əliyev  haqqında çıxış etdilər. Araz Ələmov “Böyük ömrün anları ” adlı qısametrajlı film nümayiş etdirdi. Ulu öndərə həsr olunmuş mahnıları səsləndirdi. Açıq dərs tipli tədbir ugurla sona çatdı.

Bənzər yazılar