Bu gün Şirvan Kollecinin tələbələri agacəkmə aksiyasına qoşuldular. Dahi Azərbaycan şairi İmadəddəin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən agacəkmə aksiyasında ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min agac əkilməsi nəzərdə tutulur.

Kollecin direktoru  Balamirzə Məmmədov , müəllimlər və 70 nəfər könüllü tələbə böyük həvəslə agacəkmə aksiyasında iştirak etdilər. Şirvan şəhərinin müxtəlif yerlərində xüsusilə Şəhidlər xiyabanı ətrafında müxtəlif növ  agaclar əkildi.Agacların əkilməsi ekologiyanın təmizlənməsinə və yaşıllıq zolaqlarının genişlənməsinə səbəb olacaq.Könüllü tələbələr aksiyadan sonra Gənclər evində keçirilən Eko -Breyn rinq intellektual yarışmasına qatıldılar. Suallar adından göründüyü kimi Ekologiya ,ekologiyanın çirklənməsi , traf mühit və təmiz hava mövzusuna həsr olunmuşdu. Kollec tələbələri bu yarışmada ikinci yer tutdular.

Bənzər yazılar