Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Nəsimi 650 ” il münasibətilə “Məndə sıgar iki cahan”adlı ədəbi, bədii, musiqili gecə keçirilib .

Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədovanın təşəbbüsü , Sevda Həsənova , Nəminə Məhərrəmova , Tamella Kazımova və Rasim Xəlilovun birgə təşkilatçılıgı ilə keçirilən tədbirə şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər və tələbələr dəvət olunmuşdular. Aidə Əsədova çıxış edərək qonaqları salamladı, sonra 2019 -cu ilin  Nəsimi ili elan edilməsi ilə əlaqədar Kollecdə keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki,  Kollecdə” Nəsimi 650″ adlı Breyn – rinq intellektual bilik yarışması, “Mən günəşin zərrəsiyəm” adlı inşa müsabiqəsi , “Nəsimi dünyası “adlı rəsm sərgisi təşkil edildi. Sərgidə müəllimlər və tələbələrin rəsmləri nümayiş olundu . Birinci-ci yerə müəllim  Qəribalı  Babayevin  iri həcmli NƏSİMİ portreti və 2-ci yerə tələbə Gülşən Sadıqovanın kiçik ölçüdə Nəsimi portreti layiq görüldülər.

Sərgi üçün çəkilmiş digər əsərlər nümayiş olundu və alqışlarla qarşılandı. Kollecin tələbələri bir neçə gün öncə agacəkmə aksiyasında könüllülərin də iştirakı ilə birgə fəallıq göstərdilər. Bu  gün isə Azərbaycan ədəbiyyatının incilərindən  biri olan İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar  ədəbi, bədii gecəni təşkil olundu. Tədbirin təşkilatşısı Aidə Əsədova sözü ədəbiyyat müəllimi Tamella Kazımovaya verdi. Tamella müəllim Nəsimi dünyasından , Hürufilik elminin sirlərindən , Nəsimi qəzəllərinin dünyəviliyi barəsində ətraflı məlumat verdi. Rəsmi hissə başa çatdıqdan  sonra, bədii hissə başladı. Aparıcılar Səma Qasımova , Sevinc Şıxəliyeva hamını Nəsimi dünyasına apardılar . Qəzəlləri Nahidə Elman, Münəvvər Zeynalova, Fatimə Süleymanova, Aytən Şıxəliyeva , Tural Həsənli , Məryəm Əliyeva səsləndirdilər . Səhnədə rəqsə də yer ayrılmışdı. Əsmər Məmmədovanın rəqsi hamını heyran etdi.Tural Həsənli , Adəm Yusifli , Əmrah Agayev və Fatimə Süleymanova Əmir Teymur , Nəsimi və Şəms obrazlarını yaratdılar .” Şəms və Nəsimi” , “Əmir Teymur və Nəsimi “səhnələri tələbələrin ifasında ugurlu alındı. Sonda Sami Yusifin “Sıgmazam”kompazisiyası səsləndi . Rasim Xəlilov hamınnnı ugurlu tədbirə görə təbrik etdi. Sonda Aidə xanım Sevda Həsənovaya , Rasim Xəlilova , Araz Ələmova , tədbirin ssenarini qələmə alan Ədəbiyyat müəllimi Nərminə Məhərrəmovaya , Tamella Kazımovaya xüsusi təşəkkürünü bildirdi.

Tədbirin sonunda kollecin direktoru Balamirzə Məmmədov çıxış edərək təşkilatşılara və tələbələrə belə təsirli çıxışlarına görə təşəkkür etdi. Tədbirdən təsirləndiyini və hər kəs öz minnətdarlıgını bildirdi.

Tədbir ugurla sona çatdı və kollektiv şəkil çəkdirildi.

Bənzər yazılar