Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 

Mektebgushesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı BŞTİ-nin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı açıqlamasında bildirib. Qeyd edib ki, cari ildə 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub. 13 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

Bənzər yazılar