Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Liman şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə-sağlam cəmiyyət” adlı layihə çərçivəsində rayonun Qumbaşı kəndində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, Qumbaşı kənd tam orta məktəbinin direktoru Sübhi Rəcəbov və ictimaiyyət nümayəndələri iştirak edib.

????????????????????????????????????

Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində ailə dəyərlərinin xüsusi rolu barədə danışılıb. Vurğulanıb ki, sağlam ailələrin qurulması həm də sağlam cəmiyyəti şərtləndirən əsas meyarlardan hesab olunur. Bu baxımdan gənclərimizin sağlam düşüncəli olması və mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsi vacibdir. Narkomaniya, erkən nikahlar və radikal dini təsirlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu diqqətə çatdırılıb.

Bənzər yazılar