Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin  30-illiyinə həsr olunmuş  anım tədbiri keçirilib. 

Masallı Dovlət Regional Kolleci, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə  Masallı Dövlət Regional Kollecinin tələbələri “Qanlı Yanvar” adlı ədəbi-bədi tamaşa kompozisiyaya hazırlamışdır. İlk oncə vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra  Masallı Rayon İcra Hakimyyətinin başçısı Cənab Şahin Məmmədov rayon ictimaiyəti, məktəb müəllimləri, idarə rəhbərləri, Masallı Dövlət Regional kollecin pedoqoji kollektivi və tələbələri  tədbirdə iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Masallı Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov  20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib. Daha sonra Rayon Ağsaqqal Şurasının sədri Ələşrəf Niftiyev və YAP- gənc fəalüzvu İradə xanım çıxış etmişdir.Tədbir Masallı Dövlət Regional Kollecinin tələbələrinin hazırladıqı  “Qanlı yanvar” ədəbi-bədii  tamaşa komozisiyası ilə davam etmişdir. 

Ardıcıl səslənən şeirlər, Şəhid anasının fəryadının təsvir edildiyi səhnə   “20 yanvar faciəsi”nin əsl ruhunu tədbir iştirakçılarına  çatdıra bildi. Tədbirin baş Məslətçisi Vidadi Nəzərov, Baş-Rejisoru Cəmaləddin Əliyev, Video-Foto Dizayner Elsevər Əliyev, tərtibatçı Mərhəmət Lələyev idilər.  Sonda Masallı Dövlət Regional Kollecinin Direktoru  Vidadi Nəzərov ‘Masallının Səsi’ ictimai siyasi internet qəzetinə verdiyidi müsahibdə  bildirmişdir   ki, 20 Yanvar faciəsi və xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyətini  xüsusi vurğulayıb. Xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, –  Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”. Allah şəhidlərimizə rəhmət eləsin.


Masallının Səsi’ ictimai siyasi internet qəzetinin Baş Redaktoru  Mərhəmət Lələyev 

Bənzər yazılar