Mektebgushesi

Şirvan Dövlət Kollecində Mülki Müdafiə Günü qeyd edilib

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 1 Mart-Mülki Müdafiə Günü qeyd edilib. Mülki Müdafiə üzrə mühəndis Sevda Həsənovanın təşkilatçılığı ilə keçirilən tədbirdə kollec tələbələri, müəllimlər və hərbi rəhbərlər iştirak edirdilər. Sevda Həsənova çıxış edərək Mülki-Müdafiə Gününün hazırlanması və keçirilməsi haqqında, Mülki müdafiə qüvvələrinin təşkilində manqaların rolu mövzusunda məlumat verdi. 27.02.2020-ci il tarixində Salyan rayonunda regional […]

Kənd məktəbində “Ana dilini sevək, sevdirək!” adlı tədbir kecirilib

Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbində “Beynelxalq Ana Dili Günü” münasibət ilə tədbir kecirilib. Tədbiri məktəbin Ana dili və ədəbiyyat müəllimi Ləman Cəfərova açıq elan edib. Müəllim və şagirdlərin iştirakı ilə Azərbaycanın himni səslənib. Sonra, məktəbin direktoru tədbirin əhəmiyyəti barədə danışıb. Tədbirin təşkilatçısı Ləman Cəfərovaya məktəblilərin dilimizi sevməsində aşladığı vərdişlərə yiyələnməkdə və bu kimi […]

UNEC-də seminar: elektron ticarətdən elektron ixracata

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində türkiyəli mütəxəssislər tərəfindən “E-ticarətdən e-ixracata” mövzusunda seminar keçirilib. UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, Türkiyənin e-ticarət, e-ixracat platformaları ilə bağlı xidmətlər göstərən, bu istiqamətdə təlim və tədris aparan “WorldEF” platformasının qurucuları, həmçinin onun Azərbaycan təmsilçisi olan “MyBroker” şirkətinin nümayəndələri tələbələrə təmsil etdikləri şirkət barədə ətraflı məlumat veriblər. “World […]

Baş infeksionist dəhşətli virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı

“Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”. Mektebgushesi.az xəbər verir ki, -ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə qərargah üzvü – respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər: “Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. […]

Azİİ e-Kitab Evində “Biblioqrafik göstərici”nin təqdimatı keçirilib

Fevralın 28-də Azİİ e-Kitab Evində Geologiya-mineralogiya elmləri doktoru, akademik, AMEA-nın həqiqi üzvü Pərviz Məmmədovun həyatı və ictimai fəaliyyətini əks etdirən “Biblioqrafik göstərici” kitabının təqdimatı keçirilib. Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova ali təhsil müəssisələrinin apardığı tədris, elmi-tədqiqat, tərbiyə işlərinə kömək məqsədilə və informasiya mənbələrindən məqsədyönlü istifadə etmək üçün biblioqrafik göstəricilərin hazırlanmasını kitabxanalar qarşısında duran əsas […]

ADNSU-da Mülki Müdafiə hazırlığı ilə bağlı tədbir keçirilib

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Təşkilatının tədbirlər planına uyğun olaraq “Mülki müdafiə və ilkin tibbi yardım” mövzusunda tədbir keçirilib. Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1 mart Ümumdünya Mülki […]

İsrail- Azərbaycan Təlim Mərkəzinin Məsləhət şurasının ilk iclası keçirilib

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İsrail- Azərbaycan Təlim Mərkəzinin Məsləhət şurasının ilk iclası keçirilib. İclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun, ADNSU-nun İT Departamentinin direktoru Elnur Səfərli, eləcə də bir çox dövlət və özəl təşkilatların rəhbər şəxsləri iştirak edib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, […]

Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində olublar

2020-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azəraycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin tarixi və mövcud akademik potensialı, […]

Cəsarət Valehov: “Tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib”

Azərbaycanda ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib. Mektebgushesi.az  xəbər verir ki, bunu trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri deyib.Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin yeni təsdiq etdiyi “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” adlı sənəddə öz əksini tapıb. C.Valehov əlavə edib ki, […]

Tərbiyəçi əynini gec geyinən uşağı qəddarcasına döydü – VİDEO

Yeddi yaşlı uşaq əynini gec geyindiyi üçün tərbiyəçi tərəfindən qəddarcasına döyülüb. REN TV-nin məlumatına görə, baş verənlər barədə görüntüləri uşağın atası sosial şəbəkədə paylaşıb. Atanın sözlərinə görə, prokurorluğa, Daxili İşlər Nazirliyinə və İstintaq Komitəsinə dəfələrlə bu mərkəzlə bağlı şikayətlər daxil olub. Döyülən digər uşaqlar hətta polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıblar. Lakin mərkəzdə nə uşaqlara münasibət […]

BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? – AÇIQLAMA

Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir. Mektebgushesi.az Oxu.az -a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib – şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib. Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən […]

“Novruz mühazirələri”nə başlanılır

Martın 3-də Təhsil Nazirliyi ilk “Novruz mühazirəsi”ni keçirəcək. Azərbaycan-Fransız (UFAZ) Universitetində baş tutacaq ilk mühazirədə professor Rafiq Əliyev “Qeyri-səlis məntiqlə yeni sivilizasiyalara doğru” mövzusunda çıxış edəcək.  Mühazirədə iştirak etmək istəyən şəxslər novruzmuhazireleri@edu.gov.az elektron poçtuna müraciət ünvanlaya bilərlər. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə […]

ADAU-da “Magistrantların Respublika Elmi Konfransı” keçirilib

28 fevral 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Magistrantların Respublika Elmi Konfransı” keçirilib. Konfransı giriş sözü ilə açan Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış edərək bildirib ki, dövlətimizin aqrar sektora, aqrar təhsilə və aqrar elmə qayğısı sayəsində ADAU-nun maddi-texniki bazasının tamamilə yenidən qurulması, tədris korpuslarının əsaslı təmiri, yeni korpusların inşası, beynəlxalq […]

Uşaqların müsahibə prosesi izlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib. BŞTİ-nin struktur bölmə rəhbərləri, valideynlər və media nümayəndələri müsahibənin gedişini yaxından izləyib, bu proseslə bağlı onları maraqlandıran suallara aydınlıq gətirilib. Media nümayəndələrinə Müsahibə komissiyalarında yaradılan şərait, […]

BMU-nun daha bir məzunu ABŞ-ın nüfuzlu şirkətində çalışacaq

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə (ingilis dili) ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Kamil Məmmədzadə ABŞ-ın nüfuzlu “SIRVA Relocation & Moving” şirkətindən iş təklifi alıb. Dünyada bazar payına görə lider olan bu şirkətdə K.Məmmədzadə Maliyyə analitiki olaraq işə başlayıb. K.Məmmədzadə eyni zamanda, Avropanın nüfuzlu universitetlərindən biri olan Praqa İqtisad Universitetində […]