Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində türkiyəli mütəxəssislər tərəfindən “E-ticarətdən e-ixracata” mövzusunda seminar keçirilib.

UNEC-dən Mektebgushesi.az -a bildirilib ki, Türkiyənin e-ticarət, e-ixracat platformaları ilə bağlı xidmətlər göstərən, bu istiqamətdə təlim və tədris aparan “WorldEF” platformasının qurucuları, həmçinin onun Azərbaycan təmsilçisi olan “MyBroker” şirkətinin nümayəndələri tələbələrə təmsil etdikləri şirkət barədə ətraflı məlumat veriblər.

“World business school” şirkətinin icraçı direktoru Orxan İsayev, “WorldEF” şirkətinin sədri Ömer Nart, məsləhətçisi Batuhan Çirmi, “MyBroker”in təsisçisi Rəşad Alıyev elektron ticarət, fəaliyyət istiqamətləri, karyera imkanları, e-ticarətdən e-ixracata keçid imkanlarından danışıb, “Amazon”da ticarətə başlamaq üçün izlənilməli olan mərhələləri açıqlayıblar.

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar