Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin elmi şurasının növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə mərkəzin şöbələrinin 2020-2024-cü illərdə prioritet istiqamətlər üzrə tədqiqat proqramlarına dair təqdimatlar dinlənilib və Elmi şura tərəfindən təsdiqlənib.

Daha sonra qurumun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov çıxış edərək “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”ndan irəli gələn prioritet istiqamətlər və hazırlanmış tədbirlər planı barədə məlumat verib, müvafiq qərar qəbul olunub.

İclasda, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 27 Mart – Elm Günü və Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin 200 illik yubileyi münasibətilə keçirilməsi planlaşdırılan seminar və elmi-praktik konfransa hazırlıq işləri müzakirə edilib.

Bənzər yazılar