Şamaxı Rayon Təhsil Şöbəsinin rəhbərliyi və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə online görüş keçirilib.

Təhsil şöbəsindən Mektebgushesi.az – a verilən məlumata görə, Zoom proqramı vasitəsi ilə keçirilmiş görüşdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən məktəb direktorlarına dünyada və ölkəmizdə davam edən Koronavirus pandemiyası günlərində #evdəqal kampaniyasında aktiv iştirak və nümunə olmaq, məktəblərin idarə olunmasının tamamilə elektron və virtual həyata keçirilməsini təşkil etmək ən əsas tapşırıq kimi qarşıya qoyulmuşdur.

Təhsil Nazirliyi tərəfindən təşkil olunan Teledərs,  www.virtual.edu.az  platforması kimi layihələrdə şagirdlərin iştirakının təmin olunması, online dərslərin təşkili və bütün bunların mövcud imkanları nəzərə almaqla könüllülük prinsipi əsasında həyata keçirilməsi yolları ilə bağlı müzakirələr aparılmışdır.

İlk dəfə bu formatda təşkil olunan görüşün gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Bənzər yazılar