Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında karantin rejimi müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və şagirdlərin aparılan Preventiv tədbirlər, görülən işlər barədə fikirlərini aşkarlamaq məqsədilə “Koronavirusla mübarizə-Naftalan şagirdlərinin gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsində ilk 5 yer tutan qalib şagirdlər mükafatlandırılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qalib olmuş şagirdləri görüntülü olaraq təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. İcra başçısı inşa yazı müsabiqəsində iştirak etmiş bütün şagirdlərə öz təşəkkürünü bildirib. Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qalib olmuş şagirdlərə evlərində Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Şagirdlərin inşa yazıları Şəhər Təhsil şöbəsinin müəllimləri tərəfindən yoxlanılaraq topladıqları ümumi bala uyğun olaraq qiymətləndirilib.

Bənzər yazılar