Xırdalan şəhəri, 1 nömrəli tam orta məktəbin məzunu Hüseyn Abdullayev ali məktəblərə qəbul imtahanlarından 700 bal toplayıb. H.Abdullayev imtahanın birinci mərhələsindən 300, ikincidən isə 400 bal toplamağı bacarıb.

Baku TV həmin tələbə haqqında reportaj hazırlayıb.

Hüseyn Abdullayev Ağsu rayonunda anadan olub. Orta təhsilə Xətai rayonu 264 nömrəli tam orta məktəbdə başlayıb. Üçüncü sinifdən isə o, Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilini davam etdirib. Elə həmin məktəbdən də bu il məzun olub. 

H.Abdullayev “Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verilişinin isə iştirakçısı olub. Bundan başqa, o, bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıdır.

Bənzər yazılar