Müasir və müstəqil dövlətçilik tarixinə möhtəşəm naliyyətləri ilə imza atan Azərbaycan son günlərdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatçı, işğalçı siyasəti ilə üz-üzədir. Belə çətin şəraitdə respublikamızda mövcud olan 50 siyasi partiyanın xalqla hökümətin həmrəyliyini nümayiş etdirən birgə Bəyanatı həm də siyasi birliyin təcəssümüdür

Siyasi partiyanın rəhbərləri möhtərəm prezident İ.Əliyevin qeyd etdiyi- “Ermənistanın məqsədi işğalla bağlı hazırki status kvonu qorumaq və işğal edilmiş ərazilərinn ilhaqına nail olmaqdır” fikirini dəstəkləyirlər. Onlar imzaladıqları Bəyanatda bildirirlər ki, Ermənistan höküməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyil və status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Bəyanatı imzalayan siyasi partiya rəhbərləri siyasi baxışlarından aslı olmayaraq prezidentimiz İ.Əliyevin torpaqlarımızın qısa müddətdə işğaldan azad olunması istiqamətində atdığı addımları təqdir edirlər. Bəyanatda Ali baş komandan dəfələrlə bildirib ki, “Bizim Ermənistan torpağında hərbi maraqlarımız yoxdur” fikrinin vurğulanması siyasi partiyaların prezidentin ətrafında sıx birləşməsinin göstəricisidir və Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Bəyanatda qeyd edildiyi kimi, ölkənin siyasi partiyaları prezident İlham Əliyevin ölkəmizin bütövlüyünün və əhalinin təhlükəsizliyininn təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Birgə Bəyanata imza atan, xalqı və dövləti ilə birlikdə olmağı bacaran siyasi liderlər siyasi yetkinlik nümayiş etdirərək ümumilli mənafeni qorudular və təsdiq etdilər ki, möhtərəm prezidentmiz İ.Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizdə etimadlı siyasi münasibətlər formalaşıb. Bir vətəndaş kimi yaranan siyasi vəziyyəti dəyərləndirərək qeyd etmək istəyirəm ki, biz yüksək kürsülərdə xalqımıza hər zaman qurur hissi yaşadan prezidentimizlə, onun ətrafında birləşən siyasi liderlərlə, şərəfli tarixi olan ordumuzla öyünürük.

Əminik ki, Azərbaycan xalqının bu möhkəm əzmi, iradəsi qarşısında düşmənin bizim torpağlarımızı tərk etməkdən başqa çarəsi qalmayacaqdır!

Qələbə bizimlədir!

Qətilə Şükürova

LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi

Bənzər yazılar