Səngərdə düşmənlə üz-üzə döyüşən əsgərlərimizə ithaf olunur

Ailədə üç oğul böyüyür. Ali təhsilini başa vuran böyük oğul əsgərliyə yola düşdü. O oğul ki, illər öncə onun doğum xəbərini də atası elə səngərdə alıb, sevindiyindən ağlamışdı.

İndi o, səngərdədir, Vətənin müdafiəsi ücün hər şeyə hazırdı. Onun hərbi xidmətə gedişi ilə xanım, qadın, ana adının önünə yeni bir epitet əlavə olundu: Əsgər anası… Əsgər anası olmaq həsrətdir, özləmdir, duadır, bir hekayədir.

Əsgər anası olmaq şərəfdir, qürurdur… Gizlində ağlayıb, aşkarda gülməkdir..

Əsgər anası olmaq hər dəfə oğlunun əsgərlikdə olduğunu unudub, hər öynədə masaya onun ücün də yemək cəkməkdir… Ləziz bir təam yeyərkən oğlunu xatırlayıb, udqunmaqdır…

Əsgər anası olmaq kimsəyə əyilməməkdi, başını dik tutmaqdı, bir əsgər görüncə yolda-izdə bağrına basmaqdı, üçrəngli bayrağı görüncə gözləri dolmaqdı, himni dinləyincə kövrəlməkdi…

Əsgər anası olmaq məsuliyyətdir… səngərdə duran oğlunun vətəni qorumaq çabasına, əzminə şərik olmaqdı, məsuliyyətini bölüşməkdi…

Əsgər anası olmaq dəyanətdi, möhkəm duruşu ilə övladlarına ruh verməkdi…

Əsgər anası olmaq sevməkdi…. Vətəni, milləti, oğullarının yatıb-qalxdığı səngərləri sevməkdi… Boyunlarını yandıran günəşi, əyinlərini isladan yağışı, əllərini donduran şaxtanı icdən, iliyinə qədər duymaqdı…

Əsgər anası olmaq vətəni, milləti üçün hər şeyi gözə almaqdı… gözü açıq yatmaqdı… Əsgər anası olmaq bütün əsgərləri öz övladı bilməkdi, qələbəni hamıdan cox gözləməkdi…

Əsgər anası zümzümə etdiyi bütün mahnılarını unudar sanki… Elə dodağının altında “Ey qəhrəman övladın şanlı vətəni…” kəlmələrini sürəkli təkrar edər…

Haydı irəli !!! Uzun boylu, məsum üzlü igidlərim!!! Tanrı sizlərlədi….

Sizləri ürəkdən tərənnümlə salamlayıram, bir ana kimi dualarım sizinlədir, alnınızdan öpürəm, bir vətən övladı olaraq qarşınızda əyilirəm… Allaha əmanət olun nur üzlü igidlərimiz…

Şuşadan məktub göndərin analarınıza, Şuşadan…

Laçından çiçək göndərin sevgililərinizə, Laçından…

Vəzufə Xudiyeva,

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı

Bənzər yazılar