Son aylar ərzində leksikonumuza yeni sözlər daxil olub, İzahını bilmədiyimiz yad söz olan PANDEMİYA (Epidemiya sözünün geniş mənasıdı,yəni bütün xalqa yoluxma). Koronavirus, karantin,öz gözəl diləyatımlı ana dilimizdə EVDƏ QAL sözləri.

Reallıqda isə sözün əsl mənasında həcmi mikroskopik olan bu virus dünyanın düzəni pozdu ,daha doğrusu məhvırindən oynatdı. Amma bu həyatdır. Özü də  bəzilərinin dediyi kimi 3- 5 günlük deyil  həyat.Həyatda hər dəqiqənin öz hökmü var,hər anın öz dəyəri  öz qisməti var .Bəli hər insanın öz taleyi olduğu kimi ömür yükümüzdə hər anın öz qisməti var.Bir dəqiqə sonra nə yaşayacağınız Yaradandan başqa heç kəs bilmir.

Bu yaşadıülarımızı da taleyin bir qisməti kimi qəbul edib uyğunlaşmağı bacarmalıyıq.Biz insanıq Rəbbim bizi belə mükafatlandırıb, ağıl,düşüncə,təfəkkür,təmkin,səbr və saymaqla bitməyən dəyərli keyfiyyətlər bəxş edib.İnsan ilin fəsillərinə uyğun yaşadığı kimi həyatın sınaqlarınada uyğunlaşmalıdır Başqa yolu yoxdu.Biz öz missiyamızı yerinə yetirməkdə bütün ağıl və məntiqimizi işə salmalıyıq .Belə çətin sınaqlarda təmkinli olub öz potensial gücümüzü aşkara çıxarmalıyıq.Kimsəni günahkar bilməyin.Tarixi varaqlasaq insanlıq hansı imtahanlardan çıxıb.?Müharibələr,təbii fəlakətlər,siyasi ssenarilər hamısı insan övladının başına gəlmiş faciələrdir.Amma həyat davam edir hər şeyə rəğmən.İndi biz bütün yuxarıda sadaladıqlarımı nəzərə alın öz ağılımızın gücü ilə həyatımızı düzgün idarə edəkər birimizin daxilində bu güc var .

Tanrının bizə bəxş etdiyi gözəl həyatı kimsənin mənfur  çirkin oyunlarına qurban verməyək,əsl gücümüzdən istifadə edib hər bir halımıza şükür edib öz həyatımızım istiqamətini dəyişməyi kimsəyə imkan verməyək.Tarixin bütün dönəmlərindən qəhrəmancasına çıxmağı hamımıza arzulayıram əsl qalibiyyət budur.Möhkəm dayanaq,müvazinətimizi itirməyək gələcək nəsillərə də bunu aşılayaq.

Gülşən Nəhmətova, Pedaqoq psixoloq

Bənzər yazılar