Milli Məclisdə “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədi ilə Parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil Nazirliyinin təmsilçilərinin və mütəxəssislərin iştirakı ilə iclas keçirilib.
Müzakirələrdə qeyd edilib ki, “2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın”.
İclasda qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun yaradılması məsələsinə baxılıb. İşçi qrupunun sədri İsa Həbibbəyli, sədr müavinləri deputat Bəxtiyar Əliyev və Təhsil nazirinin müavini İdris İsayevdir.
İ.Həbibbəyli bildirib ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq, ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyasi, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.
Son statistik məlumatlara görə, hazırda ölkədə təhsil haqqı orta hesabla 2500 manatdır. Regionlarda isə bu daha aşağıdır. Lakin bunlar heç də perspektivli ixtislar deyil və bu ali təhsil müəsisələrində əsasən əhalinin kasıb təbəqəsinin uşaqları təhsil alır.
Nisbətən prestijli Universtetlərdə təhsil haqqı ortalama 5500 manat olduğundan burada 600 bal toplasa belə kasıb uşaqlarının ödənişli təhsil alma imkanları yoxdur.
Məsələn: Tibb Universitetində, Diplomatik Akademiyada və ya BDU-da yalnız varlı övladları təhsil ala bilir, kasıb uşaqlarının isə, hətta, nəzəri baxımdan belə yüksək təhsil haqqı vermək imkanı yoxdur. Onun yerini isə təəssüf ki, ondan xeyli az bal toplayan məmur övladı tutur. Ancaq vətən uğunda döyüşmək üçün birinci elə o yoxsul uşaqları vətənpərvərlik nümunəsi göstərir. Şəhidlərin mütləq əksəriyyəti də uçuq-sökük daxmalarda böyüyən uşaqlardır…
Düşünürəm, hazırlanacaq “Ali Təhsil haqqında” yeni Qanunda bu məqamlar nəzərə alınmalıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin (Təhsil hüququ) 4-cü bəndinə görə, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanəti təmin olunmalıdır…

Bənzər yazılar