44 günlük Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etdim. Təhsil işçisi olaraq döyüşlərə qatılmağım mənimlə çiyin-çiyinə döyüşən silahdaşlarımda ruh yüksəkliyi yaradırdı.

Bunu təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı AZƏRTAC-a müsahibəsində Quba rayonu Rəhman Mançarov adına Əlik kənd ümumi orta məktəbin direktoru Oruc Əhmədov deyib.

O bildirib ki, Vətən müharibəsində taqım komandiri olub. Xocavənd rayonunun Pirəhmədli istiqamətində gedən döyüşlərdə güllə yarası alıb. Beş gün xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə qatılıb.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Mən fəxr edirəm ki, bu qələbədə az da olsa mənim də payım var”, – deyə Oruc Əhmədov qeyd edib.

Bənzər yazılar