Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məktəblərimizin açılması ilə bağlı jurnalistlərə: “Mətbuatda müsbət təəssürat yaradan şəkillər və yazılar paylaşaq” deyə müraciət edib:

Açılması şagirdlər üçün sözün bütün mənasında bayramdır. Ona görə gəlin bu ünsiyyəti qoruyaq, kömək edək, müsbət təəssürat yaradan şəkillər, yazılar paylaşaq.

Bir nüansı da bildirək ki, hələ məktəbə yenicə başlamamış mediadan 10-dan çox zəng və məktub daxil olub ki, bəs, məktəblər nə vaxt bağlanacaq?
Əgər mediada ancaq bu cür neqativ (bu Covidin neqativi deyil:) yazsaq, xüsusi qaydalara əməl etməsək, sosial medianın bir çox “virus” yayan səs yazılarını tirajlasaq o zaman iş çətin olacaq.
Ona görə də təklif edirəm ki, növbəti gündən başlayaraq jurnalist həmkarımız məktəbləri öz gözləri ilə görmək istəyərlərsə müraciət edə bilərlər.
P.S Yeri gəlmişkən, bu gün V-IX siniflərin Bakı, Abşeron, Sumqayıt daxil olmaqla bütün bölgələrimizdə ilk əyani dərs günü çox yaxşı keçib. Bunu Təhsil Tv-nin kiçik reportajı da təsdiq edir.

Bənzər yazılar