Xəzər Universitetinin tərəfdaş olduğu Erasmus+ UniLab layihəsi çərçivəsində tərəfdaş ali təhsil müəssisələrinin növbəti virtual görüşü keçirilib.

Universitetdən bildirilib ki, görüşdə layihə koordinatoru Carme Royo gündəlikdə duran məsələləri təqdim edib. Sonra may ayına qədər görüləcək işlər barədə müzakirə aparılıb.

Layihənin məqsədlərinin və nəticələrinin tərəfdaş universitetlərin əməkdaşları və tələbələri ilə yanaşı, digər ali məktəblərə və geniş ictimaiyyətə çatdırılması üçün vaxtaşırı informativ seminarların, həmçinin regional konfransların keçirilməsi tövsiyə edilib.

Həmçinin layihə çərçivəsində universitet-biznes əməkdaşlığının inkişaf etdirilməsi, karyera mərkəzlərinin rolunu əks etdirən akademik məqalələrin bir tələb kimi ortaya qoyularaq yerinə yetirilməsi məsləhət görülüb. Eyni zamanda, COVID-19 pandemiyası səbəbindən layihədə nəzərdə tutulan səfərlərin bundan sonra hansı formatda həyata keçiriləcəyi müzakirə olunub.

UniLab layihəsinin virtual görüşündə Xəzər Universiteti Təlim və tədris mərkəzinin direktoru Ülkər Bayramova, İnkişaf mərkəzinin əməkdaşı Səbinə Quluyeva və Karyera mərkəzinin koordinatoru Elnurə Əhmədzadə ilə təmsil edilib.

Bənzər yazılar