Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanı martın 29-da keçiriləcək.
Universitetin Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilovdan aldığımız məlumata görə, imtahan koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etdiyindən karantin qaydalarına əməl etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Belə ki, imtahanlar keçirilən zalda öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçiriləcək.
Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə imtahan verən namizədlərin tibbi maskalardan və dezinfeksiya məhlullarından istifadə edilməsi təmin ediləcək. Eyni zamanda iştirakçılar arasında sosial məsafə gözləniləcək.

Bənzər yazılar