Artıq Bakı Biznes və Kooperasiya Kollecinin tələbələri iş təcrubələrini Türkiyə Respublikasında keçirə biləcəklər.

2021 ci il  Avqustun 8 –də Türkiyəyədə Turizim Akademiyası ilə  Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva arasında Görüş keçirilib. Mektebgushesi.az –ın məlumatına görə bu barədə məlumat Turizim Akademiyasının  sosial çəbəkədəki hesabında bildirilib:

Bakı Biznes və Kooperasiya Kolleci ilə  ilə artıq 5 ildir ki, əməkdaşlığımız davam edir. Bu əməkdaşlıq tələbələrin yay tətilində bizim otellərdə dincəlməsi və ingilis dill kurslarında iştirakla kifayətlənirdi. Bu gün apardığımız danışıqların nəticəsi olaraq artıq əlaqələrimiz genişlənəcək. Belə ki, bu ildən Bakı Biznes və Kooperasiya kollecinin tədris proqramında bizim akademiya haqqında da tədris edəcək. Biz tələbə mübadiləsi aparmaq və türkiyədəki otellərdə təcrübə kecmək kimi məsələlərdə də razılığı gəlmişik.

Bənzər yazılar