27 sentyabr 2021-ci il tarixində Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “27 SENTYABR ANIM GÜNÜ “ qeyd olundu.Tədbirdə kollecin müəllimləri, ŞƏHİD valideynləri və yaxınları, müharibənin canlı şahidi olmuş tələbə və məzunlarımız iştirak edirdilər.Himn səsləndikdən sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri açıq elan edən Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova bildirdi ki , 27 Sentyabr -Şanlı Zəfər Tariximizin başlandığı gündür .Mənfur düşmənlər otuz ilə yaxın idi ki ,torpaqlarımızı işğal etmişdilər. Yaşayıış məntəqələrimizi ,mədəni və dini abidələrimizi dağıdıb talan etmişdilər.Bu işğal uzun müddət davam edə bilməzdi. Cənab Prezident İlham Əliyevin daim söylədiyi kimi, ermənilər sülh yolu ilə torpaqlarımızdan çəkilməsələr ,biz hərb yolu ilə öz ata -baba yurdumuzu mənfur düşməndən azad edəcəyik. O gün, 27 Sentyabr 2020 -ci il tarixində çatdı.Vətənimizin igid oğulları səfərbər olub ,vətənin müdafiəsinə qalxdılar.44 gün müddətində torpaqlarımızı azad edib, adlarını dünya hərb tarixinə yazdılar.

Sonra çıxış etmək üçün söz Kollecin direktoru Filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarova verildi. Direktor çıxışında 27 Sentyabr Anım Gününün mahiyyətindən ,cənab Prezident İlham Əliyevin siyasi kursundan, güclü ordumuzun qüdrətindən ,müdrik xalqımızın böyüklüyündən , xalq -iqtidar birliyindən ətraflı danışdı .Qeyd etdi ki ,44 günlük müharibə zamanı güclü ordu, ağıllı sərkərdə və müdrik xalq birliyi “Dəmir Yumruq “ kimi düşmənin başına sarsıdıcı zərbə endirdi.Biz torpaqlarımızı düşmənlərdən azad edib, ərazi bütövlüyümüzü bərpa etdik.Cənab Prezident İlham Əliyevin 2.Dekabr 2020 -ci il tarixli sərəncamı ilə “27 Sentyabr Anım Günü “kimi qeyd olunur və daim qeyd olunacaq. Torpaqıarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman, igid Azərbaycan oğullarının xatirəsi daim qəlbimizdə yaşayacaq, onların şərəfli yolu bütün gənclərə örnək olacaqdır.

Kollecin Əməkdar müəllimi Mehran Əhməd qızı çıxışında Qarabağın işğal tarixi .barədə ətraflı məlumat verdi. Ədəbiyyat müəllimi Tamella Kazımovanın ,tələbə Adəm Yusiflinin yazdıqları şeir hamının marağına səbəb oldu.Gülnarə İbrahimova ,Sevda Həsənovanın ,gənc tarix müəllimi Xavər Əliyevanın çıxışları maraqla qarşılandı.Kollecimizin Şəhid məzunu Ramil Əliyevin anası Xuraman ana oğlunun döyüş yolundan danışdı.Başqa Şəhid yaxınları çıxış etdiər. Şəhidlərimizə həsr olunmuş müxtəlif videoçarxlar nümayiş olundu.Tədbir yekunlaşdıqdan sonra Şəhidlər Xiyabanına ziyarət təşkil olundu .Şəhidlərin ruhu ehtiramla yad edildi.

Bənzər yazılar