İllərdir düşmən tapdağında qalan Qarabağın azad eilməsi üçün, xalqımız sülh naminə çox səbr etməli oldu. Ancaq qarşı tərəf öz məkrli niyyətindən bir an belə geri çəkilmədi. Doğma yurd-yuvasından didərgin salınmış məcburi köçkünlər, həmçinin bu ədalətsizliyə dözməyən xalq, nə vaxtsa öz evlərinə dönəcəklərinə inanır və bu günü səbsizliklə gözləyirdilər. Təəssüf ki, Qarabağın işğaldan azad edilməsi üçün  düşmən müharibədən başqa yol qoymadı. Əlbəttə, hamı bilirdi ki, bu müharibədə qələbə üçün fədəkarlıq lazımdır və Azərbaycanın qəhrəman oğulları bu günü səbirsizliklə gözləyirdi.

14 iyulda düşmənin həddini aşması – Azərbaycan ordusunun general polkovniki Polad Həşimovu qətlə yetirməsi müharibənin başlanmasına əsas səbəbi yaratmış oldu. Beləliklə, 27 sentyabrda Vətən müharibəsi başladı.

Vətənin müdafiəsinə bütün xalq ayağa qalxdı. Amma əsas yük düşmənlə üz-üzə mərdliklə döyüşən Vətən oğullarının üzərinə düşdü. Bu oğulların sırasında 2 yanvar 2001-ci ildə Salyan rayonunun Şorsulu kəndində gözünü dünyaya açmış, uşaq vaxtlarından öz çevikliyi ilə yaşıdlarından seçilən Əvəz Mayis oğlu Abbasov da var idi. O, hərbi xidmətdən qayıtmayıb vətənin keşiyində durmağı seçmişdi. Daim vətən üçün canından belə keçməyə hazır olan Əvəz, Vətən müharibəsində bu qəhrəmanlığını sübut etdi.

Savaşda qəhrəmlıqla döyüşən, torpaqları azad etmədən rahatlıq tapmayacağını deyən Əvəz, Zəngilan uğrunda gedən döyüşlərdə azad etdikləri məntəqəyə Azərbaycan bayrağını sancan zaman qəlpə yarası alsa belə, yarası tam sağalmamış yenidən cəbhəyə geri döndü. Həkimlər qəlpənin birini çıxara bilməsələr də, Əvəz ona verilən məzuniyyətdən imtina edib və silahdaşlarını tək qoymadı. 44 günlük müharibənin son gününə qədər vətən uğrunda mərdliklə döyüşdü. Amma 11 dekabrda məğlubiyyətini həzm edə bilməyən xain düşmən, Azərbaycanda Zəfər bayramı keçirilən günlərdə yenidən təxribat törətdi. Bütün Azərbaycan qələbə sevincini yaşayarkən Əvəz qəhrəmancasına şəhid oldu.

Evin son beşiyi olan şəhidimizə vətən eşqi ailəsindən aşılanmışdı. Onun böyük qardaşı Tural Abbasov da vaxtı ilə hərbçi olmuşdu. Əvəz uşaq vaxtı musiqiyə də böyük həvəs göstərmiş və tar üzrə təhsil almışdı. Həmişə xeyirxahlığı, təmiz ürəyi ilə el-obasında tanınan, sevilən qəhrəman oğlumuz Əvəz Abbasov, indi öz şücaəti ilə yalnız onu tanıyanların deyil, bütün xalqımızın ürəyində dərin iz qoyaraq adını tarixə əbədi yazdırdı.

 

Günay Əhmədova, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi

 

Bənzər yazılar