İyun ayında hansı günlər iş olmayacaq?

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub. Belə ki, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq. Beləliklə, iyunun ayının 15-i və 27-si bayramlarla əlaqədar qeyri-iş […]
Azərbaycanda tələbə vəfat edib – FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsinin Xarici dil (ingilis) müəllimliyi ixtisasının III kurs, İND1908B saylı qrup tələbəsi Dünyamalıyeva Fatimə ağır xəstəlikdən dünyasını dəyişib. Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetindən məlumat verilib. Bildirilib ki, ADPU-nun Filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti adından mərhum tələbəmizin yaxınlarına dərin hüznlə baş sağlığı veririk.
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək. İmtahan dövründə tələbə və magistrantların, həmçinin, onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin çərşənbə günü saat 15:00-da hibrid formada təşkil olunacaq. Hibrid formada olan […]
Kopenhagen Universitet Kollecinin coğrafiyaçı alimləri ADPU-da

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) Coğrafiya departamentinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Beynəlxalq layihələr və qrantlar şöbəsinin müdiri Mehparə Əhmədova, Təlim tədris mərkəzinin müdiri Xalidə Həmidova, […]
BŞTİ Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Çilov adasındakı 131 nömrəli tam orta məktəbə səfər təşkil edib. Səfərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və ölkənin bir qrup KİV-nin təmsilçiləri iştirak ediblər. Səfərin məqsədi 131 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olmaq, müəllim, şagird və valideynlərlə görüşlərin təşkili, təhsil müəssisəsinin perspektiv inkişaf […]
“British Council Azərbaycan”a yeni direktor təyin olunub

“British Council” Nərgiz Hacıyevanı Azərbaycanda ölkə üzrə direktor vəzifəsinə təyin edib. Bu barədə qurumdan məlumat verilib. Qeyd olunub ki, N.Hacıyeva mayın 16-dan vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, Nərgiz Hacıyeva 2014-cü ildən “British Council”da çalışır. O, “British Council”ın Azərbaycandakı komandanı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktorudur. Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları […]
Formula 1 yarışları keçirilən ərazidə yerləşən məktəblər bağlanacaq?

“Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Yarış ərəfəsində həmin məktəblərin tədris prosesi adətən məktəb və valideynlərlə müzakirə olunur”. Mektebgushesi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, yarış adətən həftəsonu keçirilir: “Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla […]
Elmin İnkişafı Fondu Əsas Qrant Müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Əsas Qrant Müsabiqəsi elan edib. Fondun mətbuat xidmətindən bildirilib ki, “Əsas Qrant Müsabiqəsi–2022”nin proqramı qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq, perspektivli inkişafı genişləndirmək üçün nəzərdə tutulub. Bu müsabiqə elmi-tədqiqatlardan tutmuş layihə nümayişinə və innovasiyalara qədər geniş spektrli fəaliyyəti dəstəkləyir. Əsas məqsəd müsabiqə əsasında ayrılan maliyyə vəsaiti hesabına elmi səviyyəni […]
AzMİU-nun Memarlıq fakültəsinin tələbələrinə sertifikatlar və diplomlar verilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri bu gün Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun həyata keçirdiyi “Qarabağ bölgəsinin tarixi-memarlıq abidələrinin təbliği məqsədilə gənc memar tələbələr arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində sertifikatlar və diplomlarla təltif olunublar. AzMİU-dan bildirilib ki, Münsiflər Heyətinin qərarına əsasən, Şuşa layihəsi üzrə Sevinc Məmmədova I, Elmira […]
Təhsil nazirliyindən dövlət imtahanlarının ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Bir qrup tələbə dövlət imtahanının ləğv olunması ilə bağlı tələb irəli sürüb. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında münasibət bildirib: “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu sənədə əsasən (bənd 7.4) […]
28 may zəfəri – 28 may səfəri

Tarixin tarixi günü. Tarixin 28 May günü. Tarixin bir xalqın varlığından doğan Respublikasının, vətəndaşının, Bakı Dövlət Universitetinin, professor-müəllim-tələbə heyətinin günü. Günün işarəsi – Bakı Dövlət Universiteti günün işartısı – şəfəqləri ilə sübh tezdən oyanıb. Xoşbəxtdir. Ruhludur. Gözləri önündə Jurnalistika fakültəsinin müəllim və tələbələrini “görür”. Qürurludur. Yenə də xoşbəxtdir… Daha çox Jurnalistika fakültəsinin birliyinə, sağlam ənənələr, […]
Mədəniyyət və İncəsənət Universiteti təkrar ali təhsil almaq üçün qəbul elan edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022/2023-cü tədris ilində müəyyən ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul elan edir. Bu barədə ADMİU-dan məlumat verilib. Bildirilib ki, qəbul aktyor sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq), dizayn (geyim dizaynı, interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn), instrumental […]
ADPU -nun professoru vəfat edib – FOTO

Pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Sərdar Quliyev vəfat edib. Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb. Bildirilib ki, Sərdar Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif illərdə kafedra müdiri, dekan və prorektor vəzifələrində çalışıb.
ADNSU ilə Cərrahpaşa Universiteti arasında Memorandum imzalanıb

Mayın 27-də Türkiyənin Cərrahpaşa Universitetinin prorektoru, professor Mehmet Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olublar. Mektebgushesi.az xəbər verir ki, professor Mehmet Bilgin və rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. ADNSU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə rektor, professor M.Babanlı rəhbərlik etdiyi universitetin tarixi, keçdiyi […]
Xalq yazıçısı “Məktəbdə…” şagirdlərlə görüşüb

“Məktəbdə…” layihəsi çərçivəsində növbəti görüş paytaxtın Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi, publisist Çingiz Abdullayev olub. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə Ç.Abdullayev məktəb həyatında […]