Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Lənkəran və Astara rayonları məktəblərində ictimai aktıv məktəb modelinin qurulması” adlı layihənin hazırlıq işlərinə başlayıb.

Cəmiyyətdən Mektebgushesi.az -a  bildirilib ki, layihə çərçivəsində Lənkəran və Astara rayonlarında yerləşən orta məktəblərdə müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə seminarlar keçiriləcək.

Layihənin məqsədi məktəb və cəmiyyətin tərəfdaşlığını inkişaf etdirmək, ümumtəhsil müəssisəsində iştirakçılıq, könüllülük fəaliyyətinin genişləndirilməsi, şagirdlərin ictimai fəallığını inkişaf etdirməklə, onların sosiallaşması, məktəblərdə sosial iştirakçılığı yüksəltməklə ictimai aktiv məktəb modelinin yaradılmasına dəstək göstərməkdir.

Seminarlar vasitəsilə Lənkəran və Astara məktəblərinin şagirdlərinin ictimai fəal məktəb modeli və fəal iştirak, könüllülük, liderlik və sosial tərəfdaşlıq mövzularında məlumat səviyyəsini artırmaq, şagirdlərin ictimai fəallıq baxımından hazırlıq səviyyəsini, qeyri-formal təhsil imkanlarını, bilik və bacarıqlarını yüksəltmək nəzərdə tutur.

Eyni zamanda, orta məktəb şagirdlərinin ictimai fəallığa həvəsləndirilməsi, yerli səviyyədə təhsil və sosial problemlərin həllində aktiv iştirakçılığa, müasir dünyagörüşünə, yüksək intellektə və mədəniyyətə sahib olmaq, sağlam, təhlükəsiz bir həyat tərzi keçirmələri sahəsində bilik, bacarıq və vərdişlərin artırılması əsas hədəflərdən biridir.

Seminarlarda iştirakçılara bukletlər paylanacaq, sertifikatlar təqdim ediləcək.

 

 

Bənzər yazılar