Məlum olduğu kimi, Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə – 16 universitet) daxil olub.

Bu münasibətlə Qazaxıstnın Elm və Təhsil Nazirliyi bildirir:

«Reytinqdə Qazaxıstan ali məktəblərinin sayı əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə beş (+ 31,25%) artıb. Reytinqin coğrafiyası genişlənib, indi sıralamada Qazaxıstanın 9 şəhərindən universitetlər iştirak edir ki, bu da Qazaxıstan ali təhsili üçün əhəmiyyətli bir nailiyyətdir. Ötən il reytinqdə ölkənin altı şəhəri təmsil olunub”.

Reytinqdə ən yüksək yer Əli-Fərabi adına Qazax Milli Universitetinə məxsusdur (230-cu yer). Onun ümumi reytinqi 41,6 bal təşkil edir. Daha sonra 30,9 balla L.N.Qumilyev adına Avrasiya Milli Universiteti (355-ci sıra) və 23,9 balla «Satpayev Universiteti» (481-ci yer) gəlir.

Reytinqə ilk dəfə beş Qazaxıstan ali məktəbi daxil olub: Daulet Serikbəyov adına Şərqi Qazaxıstan Universiteti (901-950 mövqe), Narxoz Universiteti (1201-1400 mövqe), Süleyman Dəmirəl adına Universitet (1201-1400 mövqe), Qorkud Ata adına Qızılorda Universiteti (1201-1400-cü yer), M.KH. Dulati adına Taraz Regional Universiteti (1201-1400 mövqe).

Qeyd edək ki, QS World University Rankings Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkətinin qlobal tədqiqat və dünya əhəmiyyətli ən yaxşı universitetlərin illik reytinqidir.

Bu reytinq çərçivəsində dünya üzrə 20 mindən çox universitet qiymətləndirilir. Reytinqdə olmaq üçün universitetlər tərəfindən hər il geniş həcmdə və xüsusi olaraq müəyyən edilmiş formatda məlumat verilir.

QS reytinqində dünyanın ən yaxşı universitetlərinin qiymətləndirilməsi əvvəllər altı meyar əsasında aparılıb: akademik nüfuz 40%; işəgötürənlər arasında nüfuz 10%; müəllim heyətinin tələbələrin sayına nisbəti 20%; sitatgətirilmə indeksi 20%; xarici müəllimlərin payı 5%; xarici tələbələrin payı 5% -dir.

QS-nin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubov bildirib ki, 2023-cü ildə universitetlərin elmi indikatorlarına tələbləri gücləndirən daha üç yeni indikator əlavə edilib. Bunlara xarici həmkarları ilə əməkdaşlıqda alimlərin nəşrlərinin payı, məzunların işlə təmin edilmə səviyyəsi və görkəmli məzunların sayı daxildir.

Oruc MUSTAFAYEV

Qeyd: Qazaxıstanın ali təhsil sahəsində hədəf və ambisiyaları barədə bir qədər sonrakı yazımızda.

Возможно, это изображение текст

Bənzər yazılar