SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub.

BANM-dan Mektebgushesi.az-a bildirilib ki, onlardan 4-ü Kimya mühəndisliyi, 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.

Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub.

Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı belədir:

  1. Fidan Mahmudova – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  2. Sona Mehdizadə – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  3. İlqar Məmmədov – Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  4. Ayşən Zülfiyeva – Kimya mühəndisliyi
  5. Afaq Həşimova – Kimya mühəndisliyi
  6. Tural Abdulov – Kimya mühəndisliyi
  7. Anar Bədəlbəyli – Kimya mühəndisliyi

 

 

 

Bənzər yazılar