İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 20 543 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 13 435 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4 591 müraciət daxil olub.

BŞTİ-yə 1 778 sənəd (vətəndaşlar tərəfindən 465 ərizə, Elm və Təhsil Nazirliyindən 504, digər qurumlardan 198, təhsil müəssisələrindən 366 məktub və 245 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 739 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi,  I sinfə və məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagirdlərin elektron yerdəyişməsi, işə qəbul və digər məsələləri əhatə edir.

Bənzər yazılar