“Növbəti həftələrdə birinci mərhələdən keçən Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri müsahibəyə çağırılacaq”.

Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

“Müsahibələr müəyyən müddət ərzində davam edəcək. Nəzərə alsaq ki, 15 sentyabr yeni tədris ili başlayır, həmin tarixdə müəllimlərin öz məktəblərində fəaliyyətlərinə rahat şəkildə davam etməsi daha məqsədəuyğundur. Buna görə də təhsilverənlərin uzun müddət vaxtlarını almaq istəmirik. Məlumdur ki, müsahibələr onlayn formada təşkil olunacaq. Hər bir Regional təhsil idarəsi tabeliyində bir müsahibə mərkəzi ayrılması nəzərdə tutulur”.

Bənzər yazılar