Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin yay semestrinin imtahan sessiyası sentyabrın 5-dən 8-dək keçiriləcək. Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla saat 10:00-dan 13:00-dək, magistratura səviyyəsi üzrə isə saat 14:00-dan 17:00-dək aparılacaq.

Bu barədə  BDU-dan məlumat verilib.

Ümumilikdə yay semestrinin imtahan sessiyasında 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edəcək.

BDU-da yay semestri Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən təşkil olunub.

Bənzər yazılar