Bu günlərdə Gürcüstanın Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası keçirilib.

Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, Avropanın 24 ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadaya 4 azərbaycanlı şagird qatılıb.

Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nəsir Bəşirov həvəsləndirici mükafata layiq görülüblər.

Qeyd edək ki, 7-ci dəfə təşkil edilən olimpiadada şagirdlərimiz 2017-ci ildən iştirak edirlər. Bu müddət ərzində məktəblilərimiz 3 gümüş və 6 bürünc medal qazanıblar.

Bənzər yazılar